2011‒2021-ci illərdə Azərbaycanın qeyri-neft/qaz iqtisadiyyatına $11,1 milyard həcmində birbaşa xarici investisiya (BXİ) yatırılıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.
Sənəddə bildirilir ki, son 10 il ərzində xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilib.
Hökumətin proqnozlarına görə, 2022-2026-cı illərdə qeyri-neft/qaz sektoru üzrə BXİ-lərin həcmi illik 10‒15% artacaq.*
R.Əhmədov