Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 25-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 25-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7346 manat/1EUR səviyyəsində (iyulun 22-nə 1,7309 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 25-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0295 manat/1RUB səviyyəsində saxlayıb.
İyulun 25-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0956 manat/1TRY səviyyəsində (iyulun 22-nə 0,0959 manat/1TRY) müəyyən edilib.**
N.Abbasova