Azərbaycan hökuməti 2023-2025-ci illərdə bank sisteminin aktivlərinin orta illik artımını 8% səviyəsində proqnozlaşdırır.
“İnterfaks-Azrbaycan” agentliyi məlumat verir ki, bu barədəprezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur.
2021-ci ilin yekunları üzrə Azərbaycan banklarının ümumi aktivləri 38,2 milyard manat təşkil edib.
Strategiyaya əsasən, 2023-2025-ci illərdə bankların kredit portfelinin orta illik artımı 10%, həmçinin, biznes kreditlərin artımı – illik 6% səviyyəsində proqnozlaşdırır. 2021-ci ilin sonuna bankların ümumi kreedit portfeli 16,7 milyard manat, həmçinin biznes kreditlər – 9,7 milyard manat təşkil edib.
2023-2025-ci illərdə mikro, kiçik və orta biznesin kreditləşməsinin orta illik artımı 15% səviyyəsindı proqnozlaşdırılır.
Sənəddə qeyd edilir ki, 2023-2025-ci illərdə sığortaçıların haqqlarının orta illik artımı 10% səviyyəsində proqnozlaşdırılır (2021-ci ildə sığorta bazarının artımı 844 milyon manat təşkil edib).
Hökumətin planlarına əsasən, 2022-2026-cı illərdə kapital bazarı inkişaf edəcək. Həmçinin, 2027-ci ilədək ölkədə iki İnvestisiya Fondu fəaliyyət göstərəcək. Bundan əlavə, 2023-cü ildəkapital bazarında sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə, həmçinin bu bazarın inkiçşafını stimullaşdıran bir sıra digər sistemlər yaradılacaq. **
R.Əhmədov