“Azpetrol Ltd” şirkəti Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonunda yanacaqdoldurma məntəqəsini yenidənqurma işlərindən sonra istifadəyə verib.
““Azpetrol” şirkəti təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15-ci km, 1C ünvanında yerləşən “Mayak” qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi (QDM) yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və ərazidə maye-qaz doldurma postu (LPG) yaradılıb”, - şirkətin məlumatlnda bildirilir.
Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 93-ə çatdırılıb.
“Azpetrol Ltd.” MMC Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin 92 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, 1 STQ tipli (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur.
Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.
Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhərinin Nəsimi rayonunda açılıb.**
N.Abbasova