Azərbaycan hökuməti 2023-cü ildə “Arbitraj haqqında” Qanunun tətbiqini planlaşdırır.
“İnterfaks-Azrbaycan” agentliyi məlumat verir ki, bu barədəprezidentin 22 iyul tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müvafiq qanunun tətbiqinə dair bənd nəzərdə tutulur.
Hökumətin qiymətləndirmələrinə görə, 2022-2023-cü illərdə Ədliyyə Nazirliyi tətəfindən “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanunun layihəsi hazırlanacaq, 2023-cü ildə isə həmin qanunun tətbiqinə başlanacaq. Sənədin tətbiq edilməsində mqəsəd iqtisadi subyektlər arasında mübahisələrin alternativ həlli üsullarının genişləndirilməsidir. **
R.Əhmədov