2020-2021-ci illərin yekunları üzrə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin xalis mənfəəti 11,8 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
Cabbarov Facebook səhifəsində yazıb ki, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması nəticəsində şirkətin 2021-ci il üzrə investisiya portfeli 12% artıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.**
B.Rüstəmbəyov