“Premium Bank” ASC 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 10,2% - 682,593 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2022-ci il tarixinə bankın kredit portfeli 488,219 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,9% - İF) təşkil edib, o cümlədən biznes-kredit portfeli 5,2% - 453,536 milyon manata qədər azalıb.
İyunun sonuna “Premium Bank”ın öhdəlikləri 503,676 milyon manata (azalma 12,3%) bərabərdir.
Bankda depozitlər 456,549 milyon manat (azalma 11,9%), o cümlədən əhalinin əmanətləri 328,931 milyon manat (artım 0,5%) təşkil edib.
Bankın kapitalı 178,917 milyon manata (azalma 3,8%) nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 78 min manat (2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə azalma 105,4 dəfə) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.**
A.Əzizov