“Bank Respublika” 2021-ci ilin yanvar-iyun aylarında aktivlərini 11,8% - 1 milyard 377 milyon 913,57 manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyun ayının sonuna bankın kredit portfeli 858,248 milyon manata (artım 19,2%) bərabərdir. İstehlak kreditləri 200,873 milyon manat (artım 42,5%), biznes kreditləri 589,312 milyon manat (artım 14%) məbləğində qiymətləndirilir.
“Bank Respublika”nın öhdəlikləri 1 milyard 275 milyon 35,25 manat (artım 12,6%), depozitlər 822,283 milyon manat (artım 2,6%), o cümlədən fiziki şəxslərin əmanətləri 446,192 milyon manat (artım 9,2%) təşkil edir.
Bankın kapitalı 102 milyon 878.32 min manata (artım 2,3%), nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə bankın vergiöncəsi mənfəəti 16 milyon 10,93 min manat (artım 2,1 dəfə), xalis mənfəəti - 12 milyon 510,93 min manat (artım 65,6%) təşkil edib. Birinci yarımillikdə bank 3,5 milyon manat məbləğində mənfəət vergisi ödəyib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT daxildir (4,25%). Bankın əsas səhmdarı sahibkar Natiq Quliyev və onun qohumlarıdır. **
A.Əzizov