2021-ci ildə “Holcim Azerbaijan” şirkətinin xalis mənfəəti 3,124 milyon manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 45,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
ASC-nin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2021-ci ilin yekunları üzrə müəssisənin vergiöncəsi mənfəəti 7,332 milyon manat (artım 2,4 dəfə), ümumi mənfəəti 53,398 milyon manat (artım 28,4%) təşkil edib.
2021-ci ildə şirkətin satışının maya dəyəri 61,598 milyon manat (artım 4,2%), satış həcmi 114,996 milyon manat (artım 14,2%) təşkil edib.
2021-ci ildə şirkətin aktivləri 2,8% - 284,671 milyon manata qədər azalıb. Aktivlərin strukturunda əsas həcm - 238,121 milyon manat (azalma 1,2%) daşınmaz əmlak, qurğu və avadanlıqların payına düşüb.
2022-ci il yanvarın 1-nə ASC-nin nizamnamə kapitalı 31 milyon 813 min manat (dəyişməyib), bölüşdürülməmiş xalis mənfəəti – 98,158 milyon manat (azalma 7,6%) təşkil edib. Bütövlükdə cari ilin əvvəlinə şirkətin kapitalı 133,273 milyon manata bərabər olub və hesabat ili ərzində 5,7% azalıb.
2022-ci il yanvarın 1-nə şirkətin cari öhdəlikləri 134,666 milyon manat (azalma 4,7 dəfə) təşkil edib.
Xəbər verildiyi kimi, “Holcim” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli bazarda sement istehsalının 35-40%-i onun payına düşür. ASC-nin əsas səhmdarı LafargeHolcim (66%) şirkətidir. **
N.Abbasova