2022-ci ilin I yarısında “Rabitəbank” aktivlərini 5,2% - 965,239 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il iyunun 30-na bankın kredit portfeli 556,448 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,4% - İF) təşkil edib. İstehlak kreditlərinin həcmi 174,362 milyon manata (artım 16,9%), biznes kreditlərinin həcmi 291,034 milyon manata (artım 20,3%) bərabərdir.
Bankın öhdəlikləri 860,615 milyon manat (azalma 6,3%) məbləğindədir.
“Rabitəbank”da depozitlər 645,147 milyon manat (azalma 11%), o cümlədən fiziki şəxslərin əmanətləri 269,064 milyon manat (artım 5,6%) təşkil edib.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 161 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 10,2%) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərin həcminə görə Azərbaycanın 8-ci bankıdır. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir. **
R.Əhmədov