Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusuna qarşı ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Bunlardan ikisi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib”, - məlumatda deyilir.
Bundan əlavə, nazirlikdən vurğulanır ki, 7 insident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
MN-dən qeyd olunur ki, bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. **
E.Şəfiyev