Rusiyanın “İrAero” aviaşirkəti iyulun 31-dən etibarən Yekaterinburqdan Bakıya uçuşları bərpa edir.
“İnterfaks-Azərbaycan” hava limanının mətbuat xidmətinə istinadən məlumat verir ki, uçuşlar Koltsovo Beynəlxalq Hava Limanından yerinə yetiriləcək.
Uçuşlar həftədə iki dəfə yerli “SSJ-100” təyyarələri ilə yerinə yetiriləcək. Yekaterinburqdan uçuşlar həftənin bazar günü saat 17:20-də, çərşənbə günləri - saat 20:20-də olacaq. Bakıda eniş - müvafiq olaraq 19:20 və 22:20-də olacaq. Yerli vaxt qeyd olunub.
“Azərbaycana reyslərə Sverdlov sakinləri tərəfindən stabil tələbat var. 2021-ci ilin yekunları üzrə bu istiqamətdə 12 midən çox sərnişinə xidmət göstərilib”, - məlumatda vurğulanır.
Yekaterinburq ilə Bakı arasında uçuşlar 2022-ci ilin mart ayında dayandırılıb. **
R.Əhmədov