“Bank BTB” ASC 2022-ci ilin I yarısında aktivlərini 2,1% - 354,384 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il iyunun 30-na bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla) 238,306 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 5,1% - İF) təşkil edib.
Bankın öhdəlikləri 304,629 milyon manata (azalma 0,8%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 139,959 milyon manat (azalma 5,1%) təşkil edib.
2022-ci ilin iyul ayının əvvəlinə “Bank BTB”nin kapitalı 49.755 milyon manata (azalma 9,6%), nizamnamə kapitalı 66,45 milyon manata (dəyişməyib) bərabərdir.
Bank I yarımilliyi 5,274 milyon manat məbləğində zərərlə (2021-ci ilin I yarısında xalis mənfəət 538 min manat təşkil edib) başa vurub.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
R.Əhmədov