KOB İnkişaf Fondu 2023-2025-ci illərdə biznes layihələrin maliyyələşdirilmə həcmlərini illik 10 milyon manat artıracaq.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə 22 iyul tarixində prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur.
Strategiyaya əsasən, 2023-cü ildə layihələrin maliyyələşdirilməsi 10 mln manat,2024-cü ildə - 20 milyon manat, 2025-ci ildə - 30 milyon manat təşkile dəcək.
Bu tədbirlərin məqsədi Azərbaycan iqtisadiyyatında KOB subyektlərinin payının artırılmasdır.
Xəbər verildiyi kimi, 2022-ci ildə KOB İnkişaf Fondu yaradılacaq. KOB İnkişaf Fondunun təşkilati-hüquqi forması Açıq Səhmdar Cəmiyyəti olacaq ki, bu da öz növbəsində, dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların vəsaitlərini cəlb etmək imkanı yaradacaq. **
B.Rüstəmbəyov