Azərbaycanda koronavirus infeksiyasına 306 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 796 min 882-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 102 yoluxma faktı qeydə alınmışdı.
Gün ərzində COVID-19-dan 4 ölüm faktı qeydə alınıb.
Ölənlərin ümumi sayı 9 min 739 nəfər təşkil edir.
Virusa yoluxmuş 785 min 166 nəfər (sutka ərzində +258) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 977 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 739 (ötən gün 1 min 860 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 29 min 737 test aparılıb.**
B.Rüstəmbəyov