Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.
AMB-nin məlumatında qeyd olunur ki, metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunub.
Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilib.
AMB-dən bildirilir ki, yenilənmiş metal pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. **
B.Rüstəmbəyov