30 iyun 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,935 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunun sonuna Bakıda 1 555 ədəd (azalma 0,4%), bölgələrdə 1 380 min ədəd (artım 2,4%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 70,517 min ədəd təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricisindən 15,7% çoxdur.
Bununla yanaşı, Bakıda 47,307 min ədəd (artım 16,8%), regionlarda 23,21 min ədəd (artım 13.9%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 66,015 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.**
B.Rüstəmbəyov