İyulun 28-dən etibarən “UTair” aviaşirkəti Samaradan Bakıya uçuşlara başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi aviadaşıyıcının saytına istinadən məlumat verir.
Reyslər həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
“Biz Samaranın ölknin iri şəhərləri – Yekaterinburq, Moskva, Surqut, Tümen və Ufa ilə hava əlaqəsini təmin edirik. Vilayətin sakinlərinin sorğusuna əsasən yeni istiqamətlər açmağı planlaşdırırıq. İndi isə beynəlxalq reys açıqrıq, hansına ki, əminik, tələb çox olacaq”, - məlumatda “UTair – Sərnişin hava xəttləri”nin prezidenti Oleq Semyonovun sözlərindən sitat gətirilir.
“Yandeks-cədvəl”in məlumatına görə, həmçinin “İrAvia” aviaşirkəti Samara-Bakı marşrutu üzrə reys yerinə yetirir.
“UTair” aviaşirkəti RF-nin ən iri aviaşirkətlərinin onluğuna daxildir. **
A.Hüseynova