Azərbaycanın səhiyyə naziri Teymur Musayev Misirin Bakıdakı səfiri Hişam Mohamed Nağı ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib.
“Görüş zamanı səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib”, - məlumatda deyilir.
Həmçinin, Musayev və Nağı gələcəkdə əczaçılıq sahəsində əməkdaşlıq memorandumunun imzalanması imkanını müzakirə ediblər. **
E.Şəfiyev