Azərbaycanda koronavirus infeksiyasına 399 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 797 min 281-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 306 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 741 nəfərə çatıb.
Virusa yoluxmuş 785 min 437 nəfər (sutka ərzində +271) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2103 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 543 (ötən gün 3 min 739 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 33 min 280 test aparılıb.**
E.Şəfiyev