“PAŞA Bank” 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 15,8% - 7 milyard 422,062 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il iyunun 30-na bankın kredit portfeli 2 milyard 510,754 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 1,4%) təşkil edir. Bankın biznes kredit portfeli 2 milyard 224,763 milyon manat (azalma 3,1%), istehlak kreditləri üzrə portfeli 184,35 milyon manat məbləğində (artım 12,9%) qiymətləndirilir.
“PAŞA Bank”ın öhdəlikləri 6 milyard 839,946 milyon manata (artım 17,3%) bərabərdir. Bankda depozitlər 5 milyard 951,519 milyon manat (artım 18,3%), əhalinin əmanətləri 1 milyard 269,280 min manat (azalma 22,6%), fiziki şəxslərin əmanətləri – 4 milyard 682,239 milyon manat (artım 38,2%) məbləğində qiymətləndirilir.
Bankın kapitalı 582,116 milyon manat (artım 0,8%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” I yarımilliyi 64,844 milyon manat məbləğində xalis mənfəətlə (2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 28%) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Bless” MMC - 28,18%) və 2 fiziki şəxsdir (Arif Paşayev – 15%, Mircəlala Paşayev – 5%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
R.Əhmədov