Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev bəyan edib ki, indiyədək Ermənistandakı revanşistlər təxribat niyyətlərindən əl çəkməyiblər.
DTX-dən məlumat verilir ki, çərşənbə axşamı Nağıyev Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında bildirib ki, bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər.
O bəyan edib ki, indiyədək Ermənistandakı revanşist qüvvələr təxribat niyyətlərindən əl çəkməyiblər və bu ölkənin müxalifəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirmək məqsədilə ciddi-cəhdlə çalışır.
DTX rəisi xəbərdarlıq edib ki, istənilən destruktiv fəaliyyətin qarşısı “qətiyyətlə alınacaq”. **
R.Kərimov