Ağdamın “Qarabağ” futbol klubu İsveçrənin “Sürix” komandasına qalib gələrək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
Çərşənbə günü Sürixdə keçirilən oyunda “Qarabağ”ın kapitanı Maksim Medvedevin erkən avtoqolundan sonra dördüncü dəqiqədə hesab açılıb. Hələ birinci oyunda fərqlənən yarımmüdafiəçi Kadi 56-cı dəqiqədə bərabərlik qolunu vurub. Əlavə hissənin altıncı dəqiqəsində İvan Santini qarşıdurmanı overtayma çevirib.
Birinci əlavə hissənin səkkizinci dəqiqəsində qol vuran “Qarabağ”ın hücumçu Ovusu Kvabena oyunun taleyini həll edib (2:2).
Bakıda “Qarabağ” klubu “Sürix” komandasına 3:2 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ”ın rəqibi “Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Slovakiya) cütünün qalibi olacaq.
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab oyunları - avqustun 9-da keçiriləcək. **
R.Kərimov