“LUKOIL-Azerbaijan” QSC Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tender iki mərhələdə və iki lot üzrə keçiriləcək: (Lot-1) “LUKOIL-Azerbaijan” QSC-nin YDM-in brend elementlərinin dəyişdirilməsi üzrə təmir-quraşdırma işlərinin icrası; (Lot-2) “LUKOIL-Azerbaijan” QSC-nin neft bazasında avomobil maye stansiyasının çardağının brend elementlərinin dəyişdirilməsi üzrə təmir-quraşdırma işlərinin icrası.
Tenderdə iştirak etmək üçün müraciətlərin təqdim edilmə müddəti 10 avqust saat 18:00-a qədər, tender təkliflərinin təqdim edilmə müddəti 25 avqust saat 18:00-a qədərdir. Müsabiqənin birinci mərhələsi 26 avqust saat 11:00-da baş tutacaq.
Telefon: (012) 497-41-38, əlaqələndirici şəxs – L.Mikayılova
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.**
N.Abbasova