1 avqust 2022-ci il tarixindən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Kazandan Bakıya birbaşa uçuşlara başlayır.
“Avqustun 1-dən Kazan və Bakını əlavə aviareys birləşdirəcək. Uçuşlar həftədə bir dəfə - bazar ertəsi, “SSJ 100” təyyarələri ilə yerinə yetiriləcək”, - “İnterfaks-Azərbaycan” aviaşirkətin mətnuat xidmətinə istinadən məlumat verir.
Azərbaycandan uçuş saat 12:20-də, Kazanda eniş – 14:00-da olacaq. Geriyə reys 15:00-da, Bakı aeroportunda eniş – 18:40-da planlaşdırılır. Uçuş müddəti 2 saat 40 dəqiqədir. Hər aeroport üçün yerli vaxt qeyd edilib.
Öncə, iyulun 15-dən etibarən Kazandan Bakıya birbaşa reyslər bərap olunub. İyuldan və oktyabr ayının sonunadək uçuşlar həftənin çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşları “Azerbaijan Airlines” və “Buta Airways” aviaşirkətləri, 106 nəfərlik “Embraer 190” təyyarələri yerinə yetirəcək. **
N.Abbasova