Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi (Qarabağ İqtisadi rayonu) istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin məlumatını təkzib edir.
“Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”, - nazirliyin bəyanatında deyilir. **
E.Şəfiyev