Meksikanın Bakıdakı səfiri vəzifəsinə namizəd Mariya Viktoriya Kabalyero Azərbaycan investisiyaları üçün istiqamət qismində Meksikanın planlarının irəli sürülməsi barədə bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyi Meksika mətbuatına istinadən məlumat verir ki, Kabalyero Meksika deputatlar Palatasının kinci daimi komissiyası qarşısında çıxışı zamanı bidlirib ki, seçiləcəyi halda “Meksikanı karbohidrogen enerjisi və dəmir yolu infrastrukturunun tikintisi kimi yüksək əlavə dəyəri olan sektora investisiyalar üçün istiqamət kimi irəli sürəcək və ölkəmizə kommesrsiya strukturlarının səfərlərini təşviq edəcək”.
O, həmçinin əlavə edib ki, “diqqəti Azərbaycan hökuməti ilə qanunvericlik mübadiləsinin və parlament görüşlərinin sadələşdirilməsi məqsədilə siyasi dialoqun inkişafına yönəldəcək”.
O cümlədən, Kabalyero turizm təcrübəsinin mübadiləsini, mədəniyyət birliklərini, təhsil və idman müəssisələri ilə fəaliyyəti günişləndirməyi və mübadiləni davam etdirməyi, həmçinin Azərbaycanda Meksikanın nüfuzunun yaxşılaşdırılması üzərində çalışmağı təklif edib. **
E.Şəfiyev