2022-ci ilin birinci yarısında Azərbaycanda pensiyaların orta aylıq məbləği 11% - 364 manata çatıb. Bu barədə Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyindən məlumat veilib.
“Bu ilin yanvar-iyun aylarında pensiyaların orta aylıq məbləği daha 11% artaraq 364 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 10,2% artaraq 395 manata çatıb”, - nazirlikdən qeyd edilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən birinci yarımillikdə bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikə uyğun olaraq ödənilib.
2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 104 milyon manat çox olmaqla 2 milyard 443 milyon manatvəsait yönəldilib. **
B.Rüstəmbəyov