Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi Azərbaycanın sahibkarlardan ibarət nümayəndə heyəti Qazaxıstanda biznes-turda iştirak edib. Biznes-tur Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Aktaudakı Baş Konsulluğunun və Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin dəstəyilə təşkil olunub. Qazaxıstanın 3 şəhəri – Aktau, Nur-Sultan və Almatı üzrə biznes-tur çərçivəsində B2G və B2B formatında bir sıra görüş və tədbirlər keçirilib. Bu barədə Caspian Energy Club-un mətbuat xidməti məlumat verib.
Aktauya biznes-tur çərçivəsində Mangistau vilayətinin Akiminin birinci müavini Bekbol Orınbasarov ilə görüş baş tutub. Həmin görüşdə sahibkarlar vilayətin imkanları ilə tanış olub, Azərbaycan sahibkarlarının Mangistau vilayətində həyata keçirilən layihələrdə iştirak perspektivləri müzakirə edilib. Görüşdə Azərbaycanın Mangistau vilayətinin xarici ticari əlaqələrindəki əhəmiyyətli rol oynaması qeyd olunub.
Mangistau vilayətinin 2022-ci ildə Azərbaycanla xarici ticarət mübadiləsi 41, 9 mln. ABŞ dolları, o cümlədən, ixrac 29,9 mln. ABŞ dolları, idxal 12 mln. ABŞ dolları təşkil edib.
Bununla yanaşı, vilayətdə Azərbaycan kapitalının iştirakı ilə 199 sahibkar iqtisadiyyatın müxtəlif sahələrində qeydiyyatdan keçib.
Sonra Aktau şəhər Akiminin birinci müavini Bekbol Orınbasarov, Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Elmar Məmmədov, Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin rəhbəri Rəhim Sultanov Aktauda və Mangistau vilayətində həyata keçirilən birgə layihələrdən danışıblar.
Görüş zamanı Yağmur-2 şirkətinin təsisçisi və rəhbəri Namiq Hacıyev və Kartash ltd. Şirkətinin təsisçisi və rəhbəri Nəcməddin Taşbaq öz fəaliyyətlərinin qısa təqdimatını keçiriblər. Görüşün sonunda Klubun fəxri üzvü olan Mangistau vilayətinin Akiminin birinci müavini Bekbol Orınbasarova sertifikat təqdim olunub.
Mangistau vilayətinin Akimatlığındakı görüşdən sonra sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğuna yollanıb. Görüşdə sahibkarlar biznes layihələri barədə danışıb, onları maraqlandıran suallar veriblər. Sonda Klubun fəxri üzvü Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Elmar Məmmədova sertifikat təqdim olunub.
Daha sonra Caspian Energy Club-un nümayəndə heyəti Mangistau vilayətinin “Atameken” sahibkarlar palatasından olan həmkarları ilə ikitərəfli görüşdə iştirak edib. Görüşdə palatının direktoru Mustapayev Raşit Turanoviç fəaliyyəti barədə məlumat verib və Qazaxıstan şirkətlərini təqdim edib. Sonra VİTAM şirkətinin təsisçisi və rəhbəri Tehran Əliyev, Mobil Group şirkətinin təsisçisi və rəhbəri Vüsal Xəlilov və Debet Safety şirkətinin nümayəndəsi Nəsir Əmirov fəaliyyətlərinin təqdimatını keçirib və Qazaxıstandan olan həmkarlarını əməkdaşlığa dəvət ediblər. Görüşün rəsmi hissəsinin sonunda sahibkarlar ikitərəfli danışıqlar aparıblar.
Səfərin sonunda Caspian Energy Club-un nümayəndə heyəti Azərbaycanın Aktau şəhərindəki Ticarət evinin fəaliyyəti ilə tanış olub. Sahibkarlar “Narşərab” mağazısına baş çəkib, Azərbaycanın “Caspian Service” inşaat investisiya şirkətinin “Xəzər Palas” inşaat kompleksində tikdiyi ticarət mərkəzinin inşası ilə tanış olubar.
Axşam Mangistau vilayətinin rəsmi şəxslərinin və sahibkarlarının iştirakı ilə Azərbaycanın “DOLMA” restoranının Aktaudakı filialında CEO Dinner təşkil edilib. CEO Dinner Azərbaycanın Qazaxıstandakı Ticarət evinin dəstəyilə təşkil olunub.
Növbəti gün Caspian Energy Club-un nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində olublar. Azərbaycanın Qazaxıstandakı Ticarət evinə qısa tanışlıq ekskursiyasından sonra sahibkarların Azərbaycanın Qazaxıstandakı Səfirliyinin nümayəndələri ilə görüşü başlayıb. Görüşdə Azərbaycan Respublikasının Qazaxıstan Respubliksasındakı Səfirliyinin müşaviri Rövşən Kazımov və onun həmkarları tədbir iştirakçılarının, həmçinin görüşə Azərbaycandan onlayn formatda qoşulanların suallarını cavablandırıblar.
Görüş çərçivəsində Sensum By Amapola şirkətinin rəsmi nümayyəndəsi Kamran Rəhimli fəaliyyət istiqamətləri haqqında qısa təqdimat keçirib.
Görüşün sonunda «DOLMA» restoranında Qazaxıstanın rəsmi şəxslərinin, həmçinin hər iki ölkənin sahibkarlarının iştirakı ilə CEO Lunch təşkil olunub.
Sonra Caspian Energy Club-un nümayəndə heyəti Atameken və Kazenerji-nin rəhbərliyilə görüşüb. Görüşdə birgə layihələrin həyata keçirilməsi, ikitərəfli biznes-forum və biznes-turların təşkili barədə razılıq əldə olunub. Görüş zamanı Caspian Energy Club-un İdarə heyətinin üzvü Zaur Darabzadə, Enermus şirkətinin təsisçisi və rəhbəri Zaur Mustafayev, Azeriexpress şirkətinin təsisçisi və rəhbəri Şaiq Qəribzadə fəaliyyətləri barədə qısa təqdimat keçiriblər.
Növbəti görüş Qazaxıstan Xalqları Assambleyasının Sahibkarlar Assosiasiyasında keçib. Tədbirdə Azərbaycan ərazisində layihələr həyata keçirməkdə maraqlı olan Qazaxıstan şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Qazaxıstan Xalqları Assambleyasının Sahibkarlar Assosiasiyasının Prezidenti Kayrat Aqtbay və Assosiasiyanın idarə heyətinin digər üzvləri fəaliyyətlərindən bəhs ediblər.
Görüş çərçivəsində Avtomatika.Az şirkətinin təsisçisi və rəhbəri Xalid Səmədov və Veliev LLC şirkətinin rəhbəri Ceyhun Vəliyev fəaliyyətləri barədə qısa təqdimat keçiriblər.
Nur-Sultan şəhərinə səfərin sonuncu günü Azərbaycan və Qazaxıstan dostluğu və əməkdaşlığı ilə bağlı görüş və hadisələrlə zəngin olub. Azərbaycanın Qazaxıstandakı Ticarət evinin rəhbəri Rəhim Sultanovun təşəbbüsü ilə Qazaxıstanda Azərbaycan həftəsinə start verilib. Səhər Azərbaycanın Qazaxıstandakı Ticarət evinin binasında Azərbaycan rəssamlarının sərgisi təşkil edilib. Həmin günün axşamı isə Arbatda böyük bayram konserti və Nur-Sultan şəhərinin bütün qonaq və sakinləri üçün Azərbaycan mətbəxinin dequstasiyası ilə festival keçirilib.
Sərgi və konsertin açılışında rəsmi şəxslər, yaradıcı təbəqənin, diplomatik korpusun nümayəndələri, həmçinin iki ölkənin sahibkarları iştirak ediblər. Sahibkarlar arasında ünsiyyət “DOLMA” restoranında CEO Diner formatında davam edib.
Qazaxıstana biznes-turun son günü Almatı şəhərində keçib. Sahibkarlar orada əvvəlcədən planlaşdırılmış qrafikə əsasən fərdi görüşlər təşkil ediblər.
Caspian Energy Club-un üzv şirkətlərinin növbəti səfəri sentyabr ayının sonunda neft-qaz sərgisinin və KİOGE konfransının keçirildiyi ərəfədə Almatı şəhərində baş tutacaq.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycan və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.