Azərbaycanda koronavirus infeksiyasına 357 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 797 min 638-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 399 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 744 nəfərə çatıb.
Virusa yoluxmuş 785 min 735 nəfər (sutka ərzində +298) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2159 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 219 (ötən gün 3 min 543 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 36 min 499 test aparılıb.**