Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 29-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 29-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,7361 manat/1EUR səviyyəsində (iyulun 28-nə 1,7348 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0273 manat/1RUB səviyyəsində (iyulun 28-nə 0,0279 manat/1RUB) müəyyən edib.
İyulun 29-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0,0947 manat/1TRY səviyyəsində (iyulun 28-nə 0,0952 manat/1TRY) müəyyən edilib.**
E.Şəfiyev