2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankı intervensiyalar çərçivəsində valyuta bazarında $485 milyon məbləğində xarici valyuta alıb.
“Cari ilin əvvəlindən və iyulun 28-nə olan vəziyyətə görə AMB hərraclarda $485 milyon alıb”, - “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov məlumat verib.
Xəbərverildiyi kimi, 2021-ci ildə AMB intervensiyalar çərçivəsində valyuta bazarında $245 milyon məbləğində xarici valyuta alıb (2020-ci ildə AMB bu cür əməliyyatlar həyata keçirməyib). **
A.Əzizov