Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovbəyan edib ki, 2022-ci ilin yekunları üzrə bank ölkədə orta illik inflyasiyanı 12,5%-12,8% səviyyəsində gözləyir.
“2022-ci ilin sonunadək inflyasiya ilə bağlı gözləntilərimiz -12,5%-12,8%-dir, lakin növbəti aylarda dinamikaya baxmaq istəyirik. Son 2 ay ərzində ərzaq mallarına qiymətlərin mövsümi endirimi qeydə alınır, logistika xərcləri azalır”, - Kazımov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB növbəti aylarda həmçinin xarici bazarlarda vəziyyətdən asılı olaraq inflyasiya ilə bağlı poroqnozunda düzəliş edə bilər.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır. Azərbaycan hökuməti qiymət artmını əsasən idxal inflyasiayası ilə əlaqələndirir. **
A.Əzizov