“MİDA” MMC Cəbrayıl şəhərində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması (mühəndis-geoloji axtarış işləri, məhəllənin memarlıq həlli və yaşayış evləri, ətraf mühitə təsirin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsinə 527 min manatdan artıq vəsait yönəldəcək.
Yaşayış kompleksi 7,87 ha ərazidə inşa olunacaq.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, bu işlərin icrasına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlanıb.
Müqavilənin dəyəri - 527,578 min manatdır. **
B.Rüstəmbəyov