“MİDA” MMC Sumqayıt şəhərində (Sumqayıt-2) ikinci sosial mənzil kompleksində 4 çoxmənzilli yaşayış binalasının tikintisinə 13,6 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “HN Construction” MMC ilə 2, 3, 10 və 11 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisinə dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 13 milyon 637,77 min manatdır.
“Sumqayıt-2” yeni kompleks M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,ha torpaq sahəsində inşa ediləcək. **
B.Rüstəmbəyov