Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi üzərində işləri yekunlaşdırır. Bu barədə AMB-nin bəyanatında deyilir.
“Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması üzrə işlər yekunlaşma mərhələsinə daxil olmuşdur. Bu işlər bir neçə istiqamətdə aparılır”, - AMB-dən vurğulanır.
Xüsusilə, banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat platformasının təkmilləşdirilməsi və istinad faizi indekslərinin hesablanması metodologiyasının formalaşdırılması nəzərdə tutulur (2022-ci ilin sentyabr ayında tətbiq edilməsi planlaşdırılır - İF).
Bundan əlavə, pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi istiqamətində daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətlərinin işə salınması və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidinin genişləndirilməsi planlaşdırılır. **
R.Əhmədov