1 iyul 2022-ci il tarixindən etibarən Milli Məclisin sədrinin aylıq maaşı 3550 manat (cari məzənnə ilə təxminən $2,1 min) təşkil edəcək.
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, parlamentin spikerinin maaşı 2475 manatdan 3550 manatadək, yəni 43,4% artırılır.
Parlamentin vitse-spikeri, vitse-spikerləri, komitə sədrləri və deputatların maaşlarının spikerin maaşına bağlı olduğunu nəzərə alaraq, 1 iyul 2022-ci il tarixindən onlar da artırılacaq.
Xüsusilə, biricni vitse-spikerin maaaşı spikerin maaşnın 90%-i (3195 manat), vitse-spikerlərin – 85%-i, parlament komitələrinin sədrlərinin – 80%-i, parlament komitələrinin sədr müavinlərinin – 75%-i, deputatların – 70%-i (2485 manat) təşkil edəcək. Beləliklə, Milli Məclisin üzvlərinin də maaşı 43,4% artırılıb.
Düzəlişlərə əsasən, iyulun 1-dən Milli Məclisin üzvləri məzuniyyət müddətində müalicə və istirahət üçün əməkhaqqının iki misli miqdarında müavinət almaq hüququndan məhrum edilirlər. **
R.Əhmədov