Azərbaycanda koronavirus infeksiyasına 373 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 798 min 11-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 357 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 746 nəfərə çatıb.
Virusa yoluxmuş 786 min 56 nəfər (sutka ərzində +321) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2209 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 847 (ötən gün 3 min 219 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 39 min 346 test aparılıb.**
E.Şəfiyev