Azərbaycanda koronavirus infeksiyasına 393 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 798 min 404-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 373 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 747 nəfərə çatıb.
Virusa yoluxmuş 786 min 358 nəfər (sutka ərzində +302) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 299 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 952 (ötən gün 2 min 847 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 42 min 298 test aparılıb.**
R.Kərimov