Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak ediblər. Bu barədə şənbə günü Müdafiə Nazirliyi məlumat verir.
“Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında (Azərbaycanla Türkiyə arasında - İF) imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak ediblər”, - məlumada deyilir.
Qeyd olunur ki, Türkiyənin Baykar Müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.
Kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib. **
R.Kərimov