Müdafiə Nazirliyi şənbə günü Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması barədə məlumat verib.
“İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub”, - məlumatda deyilir.
MN-dən qeyd olunub ki, “bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”. **
R.Kərimov