Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir sıra “ASAN Xidmət” mərkəzlərində 2022-ci il üzrə cari təmir işlərinə “İDEAL DİZAYN OFFİCE” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, MMC ilə 522,7 min manat məbləğində müvafiq müqavilə bağlanıb.*
E.Şəfiyev