“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsi üçün podratçılar seçir.
Bu məqsədlə MMC 3 tender elan edib.
Birinci tender Bakı şəhəri ərazisində yerləşən parklarda abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur.
İkinci tender üzrə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Üçüncü tender Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsi ilə bağlıdır.
İlk iki tenderdə iştirak haqqı 2000 manat, üçüncü tenderdə iştirak haqqı 1000 manatdır.
Tender təklifləri 12 sentyabr saat 17:00-dək qəbul olunur.
Tender prosedurları 13 sentyabr saat 12:00, 11:00 və 14:00-da baş tutacaq.*
E.Şəfiyev