2022-ci il iyulun 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 407,2 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 4,7% artıb.
İyul ayında AMB-nin valyuta ehtiyatları 0,5% və ya $35,3 milyon artıb.
2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.*
A.Əzizov