2022-ci il iyulun 29-na Azərbaycanda pul bazasının həcmi 16 milyard 120,4 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin 7 ayı ərzində pul bazası 10,1% azalıb.
Cari ilin iyul ayında pul bazası 467,6 milyon manat və ya 3% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.*
R.Əhmədov