2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 1 milyard 74 milyon manatlıq ($631,8 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə əməliyyatların həcmi 2,1 dəfə artıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 204,7 milyon manat, fevral ayında 186,5 milyon manat, mart ayında 158,5 milyon manat, aprel ayında 136,6 milyon manat, may ayında 184,1 milyon manat, iyun ayında 203,6 milyon manat təşkil edib.
2021-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat ($764,7 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur.*
R.Əhmədov