2022-ci ilin yanvar-iyun aylarının yekunları üzrə “Azexport.az” portalına ümumilikdə $248,4 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvarda ixrac sifarişlərinin həcmi $45,2 milyon, fevralda $38,7 milyon, martda $48,7 milyon, apreldə $30,1 milyon, mayda $52,3 milyon (ilin əvvəlindən maksimum həcm – İF), iyunda $33,4 milyon təşkil edib.
2021-ci ildə “Azexport.az” portalına $496,1 milyon məbləğində ixrac sifarişləri daxil olub, 2020-ci illə müqayisədə azalma 18,8% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib. Fəaliyyət göstərdiyi dövr ərzində portala ümumilikdə $3 milyard 88 milyon məbləğində ixrac sifarişləri daxil olub.*
R.Əhmədov