İyul ayında 7 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.
İyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 6903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.*
E.Şəfiyev