Azərbaycanda koronavirus infeksiyasına 102 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 798 min 940-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 434 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 748 nəfər təşkil edir.
Virusa yoluxmuş 786 min 786 nəfər (sutka ərzində +104) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 406 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 128 (ötən gün 3 min 129 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 47 min 555 test aparılıb.*
E.Şəfiyev