Qiymətli kağızlar bazarının təşviqi prosesinə növbəti dəstəkləyici tədbir olaraq, 1 avqust 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) listinqinə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri 31 dekabr 2023-cü ilədək listinq üzrə xidmət haqqından azad edilir. Bu barədə BFB-nin məlumatında deyilir.
Bu addım BFB-də listinqdə olan səhmdar cəmiyyətlərin sayının artırılması və ümumilikdə BFB-nin bazar kapitallaşmasının yüksəldilməsinə hədəflənib.*
R.Əhmədov